Çempionlar Liqası oyunları ABŞ-də keçirilə bilər

Çempionlar Liqası oyunları ABŞ-də keçirilə bilər

Gələcəkdə Çempionlar Liqasının oyunları Amerika Birləşmiş Ştatlarında keçirilə bilər.

Bu barədə UEFA prezidenti Aleksander Çeferin açıqlamasında bildirib.

“Futbol ABŞ-də çox populyardır. Ora gələcək üçün önəmli bazardır. Avropada insanlar Milli Basketbol Liqasını izlədikləri kimi, onlar da Avropa futbolunu sevirlər. AVRO-2020 oyunları orada basketbol finallarından daha çox izlənmişdi. Bu, məni şok etmişdi. Çempionlar Liqası oyunlarının ABŞ-də olması ehtimalı var. Bununla bağlı müzakirələrə başlamışıq. Bu il final matçı İstanbulda, sonra Londonda, ardınca da Münhendə olacaq. Bunlardan sonra nə baş verəcəyini görəcəyik”, – deyə sloveniyalı funksioner vurğulayıb.

Mənbə: “Daily Mail”

Share: