Moldovanın daxili işlər naziri Anna Revenko Moskvanın onun Rusiya ərazisinə girişinə qadağa qoymasına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Mən Rusiya Federasiyasına getmək niyyətində deyildim və elə bir niyyətim yoxdur”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, daha öncə Rusiya Xarici İşlər Nazirliyi Kişinyovun “dostluqdan kənar addımları”na görə Moldova səfiri Dariusa etiraz edib və ölkə əleyhinə bəyanatlar verən bir sıra rəsmilərin Rusiyaya girişinə qadağa qoyulduğunu bəyan edib.