Ukraynanın xarici işlər naziri Dmitri Kuleba sülh planı çərçivəsində Kiyev üçün şərtləri məqbul adlandırıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kuleba bu haqda CNN telekanalına müsahibəsində danışıb.
“Biz münaqişənin dondurulmasına və ya Ukraynanın əraziləri Rusiyaya təslim etməsinə səbəb olmayan istənilən sülh planını müzakirə etməyə hazırıq”, – deyə Kuleba bildirib.
Onun sözlərinə görə, əgər Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva öz ölkəsində “bu iki prinsip əsasında” sülhə can atan ölkələrin koalisiyasını qəbul etməyə hazırdırsa, o zaman Ukrayna müzakirəyə hazırdır.