Bakının Xətai rayonunda 44 yaşlı qadını avtomobil vurub.
“Report”un məlumatına görə, avtomobil yolu keçən 1979-cu il təvəllüdlü Həmidova İrina Əziz qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hadisə baş verən an İ.Həmidova sərxoş olub.
Hadisənin təfərrüatı araşdırılır.