26 yaşı tamam olan Ryosuke Takaşima Yaponiya tarixində ən gənc mer oldu. Keçən il o, Harvard Universitetini ekologiya mühəndisliyi üzrə bakalavr dərəcəsi ilə bitirib.
Mayın 1-dən Takaşima Hyoqo prefekturasının Aşiya şəhərinin meri vəzifəsini icra edəcək.
“Gənc olduğum üçün şəhərlilərin məni özlərinə daha yaxın hiss etmələri ehtimalı var. Siyasətdə heç bir təcrübəm olmadığı üçün başa düşmədiklərimi soruşa, fərqli şeylər öyrənə bilirəm və bunu öz işlərimdə əks etdirmək istəyirəm”, – o jurnalistlərə bildirib.
Qeyd edək ki, Yaponiyada məmurlar arasında öncəki gənclik rekordu 1994-cü ildə 27 yaşında mer seçilən Kotaro Şişidaya məxsus idi.
Mənbə: octagon.media