Laçının işğal günü konsert verdi, millətçilikdə ittiham olundu, Ajda Pekkan onunla duet oxumaq istədi – Eyyub Yaqubov haqqında maraqlı faktlar

Laçının işğal günü konsert verdi, millətçilikdə ittiham olundu, Ajda Pekkan onunla duet oxumaq istədi – Eyyub Yaqubov haqqında maraqlı faktlar

Bu gün Xalq artisti Eyyub Yaqubovun doğum günüdür. Kulis.az bu münasibətlə müğənni haqqında maraqlı faktları təqdim edir.

Eyyub Zəkəriyyə oğlu Yaqubov 26 aprel 1965-ci ildə Bakı şəhərinin Bayıl qəsəbəsində anadan olub. İlk təhsilini 49 saylı orta məktəbdə alıb.

Eyyub Yaqubov haqqında mətbuata indiyədək məlum olmayan faktlar - FOTOLAR

***

Uşaqlıq illərindən musiqiyə böyük marağı olan Eyyub eyni zamanda 3 saylı musiqi məktəbində təhsil alır. 8 illik orta məktəb təhsilini bitirdikdən sonra, 1980-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinfinə daxil olur.

Texnikumda oxumaqla yanaşı o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi “Humayun” xalq instrumental ansamblında pianoçu işləyirdi. Bu ansambl ilə Eyyub Yaqubov Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edirdi.

Eyyub Yaqubov haqqında mətbuata məlum olmayan faktlar - FOTO

***

Hələ məktəbli olaraq 3 saylı musiqi məktəbinin 7-ci sinif şagirdi Azərbaycan pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutmuşdur. Əlibaba Məmmədovun ansamblında işləyərək, klassik musiqi ilə yanaşı xalq musiqisini də öyrənirdi. Dostları və tanışları əhatəsində hərdən mahnılar oxuyurdu.

***

Musiqiçi olmaq arzusunda olan pianoçu Eyyub bu fikirdən uzaqlaşır. Müğənni müsahibələrinin birində həmin dövrləri belə xatırlayır:

“Asəf Zeynallı adına musiqi kollecində təhsil aldığım illərdə bir dostum mənə Xalq artisti Əlibaba Məmmədovun “Humayun” ansamblına peşəkar pianoçu axtardığını dedi. Təklif etdi ki, özümü sınayım. Mən getdim, Əlibaba müəllim məni dinlədi, bəyəndi və ansambla qəbul etdi. Açığı, heç vaxt müğənni olmağı düşünməmişdim. Belə bir arzum olmayıb. Özüm üçün zümzümə edirdim. Ancaq dostların əhatəsində oxuyurdum. Mən necə oldu müğənni kimi meydana çıxdım? “Humayun” ansamblında sənət dostlarım səsimin olduğunu bilirdi. Bir gün Əlibaba müəllimə dedilər ki, Eyyubun yaxşı səsi var. Təkid etdilər ki, oxuyum. Əlibaba müəllimin yanında oxumağa utanırdım. Güc-bəla ilə özümü toplayıb oxudum. Bəyəndi səsimi. Mənim müğənni kimi meydana çıxmağımda Əlibaba müəllimin böyük təsiri olub. O, mənə müəllimliklə yanaşı, həm də atalıq qayğısı göstərib”.

Eyyub Yaqubov Brilliantın tərəfini saxladı: "Burada pis heç nə yoxdur"

***

Özünün dediyinə görə, o, “blatnoy” mahnılar oxumağa başladı. Zamanın tələbləri ilə addımlayaraq, restoranlada oxumağa başladı. Sonradan isə daha ciddi işlər görməyə başlayır. Ancaq müğənninin fanatları ondan əvvəlki kimi mahnılar istəyirlər:

“Bəli, tamaşaçılarım darıxırlar və hər dəfə məndən şanson xahiş edirlər. Elə kompozisiyalar mənim repertuarımda çoxdur. Amma onlarla yanaşı daha ciddi şeyləri də oxumağa çalışıram”.


***

Eyyub Yaqubov 1992-ci ildən etibarən populyarlıq qazanır. Həmin zamandan bəri 4 audio-kaset və 3 kompakt-disk buraxıb. Bunlar 1999-cu ildə çıxmış “Duet Amburan” və “Mister Əlibala”, 2000-ci ildə – “Ağabala Çaykovski”, 2001-ci ildə – “Ana”. 3 mahnısına – “Ana”, “Kor ərəbin mahnısı” və “Mənə dəniz verin” mahnılarına kliplər çəkdirib.

***

Oxuduğu mahnılar çox sevilsə də, bəzi mahnıları kəskin tənqid olunub. Onlardan biri də “Serıy Popuqay” dır. Dinləyicilər onu erməni mahnısı oxumaqda ittiham edirdilər. Yaqubov bu məsələyə belə aydınlıq gətirib:

“Çox yanlış bir fikirdir. Bu mahnını “Madam Papuqay” mahnısı ilə səhv salırlar. “Serıy Papuqay”ı Elçin İmanov bəstələyib. “Madam Papuqay” mahnısının ilk ifaçısı və yaradıcısı olan Boka Bakıda doğulub yaşayan ermənilərdən olub. O da bu mahnıları yazarkən bizim folklorumuzdan bəhrələnib. Həmin mahnılarda Bakı ruhu var. Ona görə heç bu mahnını da erməni mahnısı adlandırmaq günahdır. Biz zamanla sənətimizlə sübut etdik ki, bu mahnılar Azərbaycana məxsusdur. Niyə indi də yaranmır Ermənistanda o janrda mahnılar? Elə bu fakt sübut edir ki, bu musiqi janrı onlara aid deyil”.

***

Müğənninin 2019-cu ildə mayın 17-də İsveçdə konsert verdiyi barədə xəbərlər yayılıb. Müğənninin Laçının işğal günü səhnəyə çıxması Azərbaycanda ciddi etirazla qarşılanıb. Xüsusilə həmin konsertdə İsveçdə yaşayan bəzi azərbaycanlıların da iştirak etməsi hiddət doğurub. Bundan əlavə, səhnədəki video-kadrlarda erməni bayrağı da yer alıb. Bu da ciddi sualların yaranmasına səbəb olub. Sonrakı açıqlamada müğənninin işğal günü olmasından xəbərinin olmadığı bildirilib. Müğənni müsahibələrinin birində bu məsələ ilə bağlı bunları deyib:

“Torpaqlarımızın işğal olunması təbii ki, hamımızın böyük dərdidir. Amma mən həmişə deyirəm, biz gərək ümid ilə yaşayaq. Ruhdan düşməyək. Hər gün oturub ağlamaqla torpaqlar geri qayıtmır. Matəm edə-edə, ağlaya-ağlaya biz gücsüz düşürük. Bizi həmişə parçalayıblar. Bu indinin işi deyil. Ona görə də ayıq və nikbin olmalıyıq”.

Eyyub Yaqubov küçə musiqiçisi ilə mahnı oxudu - VİDEO » Gundelik-Baku.Com

***

Tez-tez Mikayil Müşfiqin poeziyasına poeziyasına müraciət eləyir. Onun “Küləklər”, “Ana”, “Yenə o bağ olaydı” kimi şeirlərinə bəstələnmiş mahnıları oxuyaraq Müşfiq poeziyasını milyonlara sevdirib.

***

Anasını 15 yaşında itirib. Müşfiqin “Ana” şeirinə yazılan mahnını nisgillə oxumasının səbəbi də budur;

“Anamı on beş yaşımda itirmişəm. Bu, insana çox təsir edir. Həsrət insanın içini yandırıb-yaxır. Ananı axtarırsan. Allah özünü ananın vasitəsi ilə göstərir. Peyğəmbərimiz də buyurub ki, cənnət anaların ayaqları altındadır. Ana sevgisi vicdanı, imanı olanların qəlbində yaşayır”.

***

İsrail konsetində Turanla bağlı dedikləri bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanmayıb. Onlar Yaqubovu millətçilikdə və geriçilikdə ittiham ediblər:

“Vaxtilə Mikayıl Müşfiq, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi şəxsiyyətlər həqiqət uğrunda, Vətən uğrunda şəhid oldular. Və Turan uğrunda şəhid oldular. Və görürsünüz ki, qələbələr, torpaqlarımız işğaldan azad olundu. Bu, hələ başlanğıcdır. İnşallah, hələ Azərbaycan daha da bütövləşəcək və bütöv bir Turan dövləti qurulacaq. Onların yanında bir dost kimi İsrail, yəhudilər də olacaq. Yaşasın Turan, Azərbaycan və İsrail dostluğu, qardaşlığı”.

***

Ajda Pekkan Bakı səfərlərinin birində Eyyub Yaqubova duet təklif edib, ancaq sonradan duet baş tutmayıb. Türkiyəli müğənni söz versə də, sözündən yayınıb:

“O, etiraf etdi ki, günah ondadır. Sənət məsələsi qəlizdir. İşlər çox olur. Mən duet oxumağa hər zaman hazıram. Amma ondan xəbər çıxmadı. Nə etmək olar? Ajda “Kim bilir”, “Unutdum artıq”, “Alışdım mahnılarını birlikdə oxumağımızı istəyirdi. Amma duetimiz alınmadı. çünki işlər çoxdur”.

Əməkdar artist əcnəbi məşhurlarla - FOTOLAR

***

1992-ci ildə ailə qurub, Zakir adlı bir oğlu var. Oğlu müsahibəsində müğənninin ailəsi barədə gəzən şayiələrə belə aydınlıq gətirib:

“Anam atamın yanında olmasaydı, düşünürəm ki, atam bugünkü qədər uğurlu bir insan olmazdı. Belə bir deyim var: baş kişidirsə, boyun isə qadındır. Anam bütün hallarda atama dəstəkdir. Atamın həyat yoldaşının ayrılıb başqa ölkədə yaşaması isə əsassız şayiələrdir. Atam və anamın bir-birinə bəslədiyi sevgi və hörməti bizi tanıyan hər kəs təsdiqləyə bilər”.

Xalq artistinin oğlu: “Təhsilimi yarımçıq qoyub Fransaya gedərək,  delfinlərə baxır, aşpazlıq edirdim” - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Share: