Rusiyalı alimlər: “Zəli infarkt və insultun qarşısını alır”

Rusiyalı alimlər: “Zəli infarkt və insultun qarşısını alır”

Trombozla mübarizə aparmaq üçün dərman qismində zəlidən istifadə etmək olar.

Nəticədə infarkt və insultun qarşısını almaq mümkündür.

Moskva Fizika və Texnologiya İnstitutunun biofizikləri bu qənaətə gəliblər. Mütəxəssislər zülalın strukturunu aşkarlayıb və onun iş mexanizmini izah ediblər.

“Qan zülalları izopeptid bağları ilə bir-birinə bağlandıqda tromblar əmələ gəlir. Zülallar peptid bağı ilə bağlanmış amin turşuları zənciridir. Amma bu zəncirin bəzi yan qrupları da peptidlərə bənzər bağlar yarada bilər. Onlara izopeptidlər deyilir. Beləliklə, zəli fermenti yan zəncirlərin bu çarpaz bağlarını kəsir və əmələ gələn trombları əridir”, – İnstitutun Qocalma və Yaşla əlaqədar Xəstəliklərin Molekulyar Mexanizmləri üzrə Tədqiqat Mərkəzinin direktor müavini Valentin Borşçevski bildirib.

Mütəxəssislər bu zülalın üçölçülü strukturu haqqında rentgen şüalarının difraksiya analizi üsulu ilə məlumat əldə ediblər. Əldə edilən nəticələr gələcək tədqiqatlar üçün əsas kimi xidmət edəcək və yeni dərmanların yaradılmasına kömək edəcək.

Mənbə: life.ru

Share: