İmişlidə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans baş tutub.
Konfransda İmişli RİH başçısı Elçin Rzayev, millət vəkilləri Musa Qasımlı və Bəhruz Məhərrəmov, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.
Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, görkəmli dövlət xadiminin əziz xatirəsi böyük ehtiramla yad edilib. Çıxışlar başlamamışdan öncə Ümummlli Liderin əziz xatirəsi və torpaqlarımzın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. 44 günlük Vətən müharibəsində ölkə başçısının qətiyyəti və yenilməz Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində qazanılan tarixi zəfər məhz Heydər Əliyev siyasətinin təntənəsi olduğu diqqətə çatdırılıb.