Bu gün günorta saatlarında Bakı şəhərinin Xətai rayonu ərazisində 1 nəfər kişi işıqlandırma dirəyinə çıxaraq intihara cəhd edib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ərazidən keçən vətəndaşlar dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər. Qısa müddət sonra əraziyə Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Xilasedicilər zəruri təhlükəsizlik tədbirləri görərməklə vətəndaşla psixoloji söhbət aparıb və onu intihara cəhd fikrindən daşındırıblar.