Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Əvvəlcə “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Gəncə şəhər stadionunun ot örtüyündə yaranmış problem səbəbindən matç Qəbələ şəhər stadionunda təşkil olunacaq.
“Kəpəz” hazırda 29 xalla 7-ci, “Sumqayıt” 25 xalla 8-cidir.
Günün digər oyunu paytaxtda təşkil olunacaq. 71 xalla ikinci yerdə qərarlaşan “Sabah” 23 xalla 9-cu sırada yer alan “Şamaxı” ilə qarşılaşacaq.
Azərbaycan Premyer Liqası
XXXII tur
29 aprel (şənbə)
16:00. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu.
18:30. “Sabah” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Teymur Teymurov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Bank Respublika Arena”.
Qeyd edək ki, turun “Zirə” – “Turan Tovuz” və “Qəbələ” – “Səbail” oyunları mayın 1-də, “Neftçi” – “Qarabağ” görüşü isə mayın 2-də keçiriləcək.