Alman kinorejissor və ssenarist Peter Lilienthal 93 yaşında vəfat edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sənətçi Münhendəki qocalar evində dinc şəkildə dünyasını dəyişib.
Peter Lilienthal 27 noyabr 1929-cu ildə Berlində teatr artistləri ailəsində anadan olub, anasının yəhudi mənşəli olması səbəbindən 1939-cu ildə Uruqvaya mühacirət etməyə məcbur olub. O, Montevideo Universitetini bitirib, burada tələbə kino klubunda çalışıb və qısametrajlı filmlər çəkməyə başlayıb. 1961-ci ildə Berlin İncəsənət Universitetinə daxil olub. 1959-cu ildə ilk sənədli filmini çəkib.
O, Vim Vendersin “Amerikalı dostu” (1977) filmində rol alıb. Bu 20-ci əsrin əvvəllərində italyan anarxisti Erriko Malateste (1969) haqqında tarixi televiziya filmidir. Lilienthalın bir çox filmləri Almaniyadan kənarda lentə alınıb. Sənətçi fəaliyyətində tez-tez Latın Amerikası yazıçılarının əsərlərinə müraciət edib. O, Holokostdan bəhs edən “David” filminə görə Berlin Beynəlxalq Film Festivalında (1979) “Qızıl ayı” və daha iki mükafata layiq görülüb.