Paytaxtda qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Paytaxtda qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Bakıda qeyri-sabit hava şəraiti mayın 3-dək davam edəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Aprelin 30-u axşamdan mayın 2-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 1-i səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Aprelin 30-dan mayın 1-nə keçən gecə və səhər, 2-də günün birinci yarısında, 3-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 2-3-də yarımadanın bəzi ərazilərində intensiv olacağı ehtimalı var. Mayın 1-i gecə bəzi yerlərdə şimşək çaxacağı ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək.

Share: