Aprelin 30-na olan məlumata görə, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri ölkədə 1432-dən çox uşaq zərər çəkib.
Onlardan 477 uşaq ölüb, 955-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
“Aprelin 28-də Rusiya tərəfindən Çerkas vilayətinin Uman şəhərindəki hündürmərtəbəli binanın raketlə vurulması 23 nəfər ölüb. Ölənlər arasında 6-sı uşaq olub”, – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, azyaşlılar arasında müharibə qurbanlarının sayı gündən-günə artır.
Mənbə: rbc.ua