Sudanda həlak olan dinc sakinlərin yeni sayı açıqlandı

Sudanda həlak olan dinc sakinlərin yeni sayı açıqlandı

Sudanda ordu və xüsusi təyinatlı qüvvələr arasında baş verən qarşıdurma zamanı həlak olan dinc sakinlərin sayı 436-ya çatıb.

“Qafqazinfo” “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı Sudanda həkimlərin həmkar ittifaqı yayıb. 

Məlumata görə, silahlı qarşıdurmalalar zamanı 2174 sakin yaralanıb. 

Qeyd edək ki, daha əvvəl yayılan məlumatda 425 dinc sakinin öldüyü bildirilirdi. 

Xatırladaq ki, aprelin ortalarından etibarən Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında mütəmadi olaraq qarşıdurmalar baş verir. Bir çox ölkə diplomatik nümayəndəliklərini və vətəndaşlarını ölkədən təxliyə edib.

 


Share: