Neslihanla Kadirdən gündəmdən düşməyən xəyanətlə bağlı suala REAKSİYA

Neslihanla Kadirdən gündəmdən düşməyən xəyanətlə bağlı suala REAKSİYA

Türkiyəli məşhur cütlük Neslihan Atagül və Kadir Doğuluya Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə görüşü zamanı cütlüyə son günlər gündəmdən düşməyən xəyanət mövzusu ilə bağlı sual ünvanlanıb.

Axsam.az xəbər verir ki, verilən sualın ardından aktyorlar əsəbiləşiblər. 

“Həqiqətən bu, sənin üçün maraqlıdır? Gördüyünə niyə inanmırsan?”, – deyə Neslihan cavab verib. 

Kadir isə “Mədəni bir cəsarətlə gözəl sual verdi. Haraya gedəcəyini anladığım üçün müdaxilə edirəm. Hər birimizin şəxsi həyatı var. Kənardan biri sizi izləyirsə, bu, şəxsi həyat deyil. Mənim və həyat yoldaşımın şəxsi həyatı ilə maraqlanırsınızsa, ona soruşun: bu qədər çıxan xəbərlərə baxmayaraq, necə belə gözəl həyat yoldaşı olursunuz deyə bilərsiniz? Niyə aranızda problem yaranmır deyə, soruşa bilərsiniz”, deyə bildirib. 

Xatırladaq ki, Kadirin səmimi videoları yayıldığı Sezer Çakırla imam nikahında olduğu, ayrı evdə yaşadıqları və Neslihanın da bundan xəbərdar olduğu iddia edilib. O, haqqında çıxan xəyanət xəbərlərinə münasibət bildirərək, Neslihandan başqa kəbinli həyat yoldaşı olmadığını deyib. Neslihanın isə görüntüləri normal qarşıladığı bildirilib. Kadir ilə Neslihan 7 ildir evlidir.

22:20

Türkiyəli aktrisa Neslihan Atagül və həyat yoldaşı, aktyor Kadir Doğulu ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə tələbələr, müəllimlər və media nümayəndələri iştirak ediblər. Onlar görüş zamanı Bakını gəzdiklərini bildiriblər.

N. Atagül bildirib ki, daha əvvəl də burada olublar, lakin bu qədər gəzə bilməyiblər: 

“4-5 il əvvəl gəlmişdim. O zaman da bizi çox gözəl qarşılamışdılar. Lakin həmin vaxt bu qədər gəzmək və şəhəri kəşf etmək imkanım olmamışdı. Bu dəfə isə daha çox gəzib, daha çox yerləri görə bildik”.

K. Doğulu isə qeyd edib ki, iki-üç gün ərzində qonaqpərvərliyin şahidi olub: 

“Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya böyük təşəkkürümüzü bildiririk. Bizi burada çox yaxşı qarşıladılar və qonaq etdilər. Buranın mədəniyyəti haqqında məlumatımız var idi. Lakin ölkəyə gələndə bununla bağlı araşdırma da apardıq. Buna görə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gəlmək istədik. Siz bizi bir aktyor olaraq görürsünüz. Amma biz eyni zamanda mədəniyyətin təmsilçiləriyik”.

Share: