Qazaxıstanda “Janajol” qaz-kondensat yatağında güclü yanğın baş verib.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yanıq xəsarətləri alıb.
Yaralıların vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Yanğının söndürülməsinə 52 yanğınsöndürən və 9 texnika cəlb edilib.
Yanğının səbəbi açıqlanmayıb.