Çərşənbə axşamı Çində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin episentri təxminən 935 min nəfər əhalisi olan Baoşan şəhərindən 35 km şimal-şərqdə yerləşib. Mənbə 40 km dərinlikdə olub.
Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.
Mənbə: TASS