Kanadalı aktyor, Hollivud ulduzu Kianu Rivzin “Dogstar” adlı qrupu 23 ildən sonra ilk dəfə yeni albom çıxaracaq.
Qrup 1996-cı ildə “Our Little Visionary” adlı ilk albomunu, 2000-ci ildə “Happy Ending” adlı ikinci albomunu təqdim edib, iki il sonra isə ayrıldığını bildirib.
Keçən yay “Dogstar” musiqiçiləri yenidən bir araya gəliblər, indi də yeni albom buraxdıqlarını və çıxış edəcəklərini bəyan ediblər.
“Bu yay biz yeni musiqilər təqdim edəcəyik, ondan sonra bir neçə konsert verəcəyik. Hər şey aydınlaşan kimi təfərrüatları dərhal bunu paylaşacağıq. Görüləsi çox şey var, amma əmin olun ki, biz bunun üzərində işləyirik və bizə kömək edəcək fantastik komandamız var. Biz həm də ilk melodiyamıza dəstək olaraq klip çəkdirəcəyik”, – deyə qrup üzvləri açıqlayıblar.
Mənbə: NME