Türkiyənin Ermənistan aviaşirkəti üçün hava məkanını bağlamasının səbəbi məlum oldu

Türkiyənin Ermənistan aviaşirkəti üçün hava məkanını bağlamasının səbəbi məlum oldu

“Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında səmimidir. Amma Ermənistanda “Nemezis” abidəsinin qoyulması qəbuledilməzdir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.

“Mən bunu qəbul edə bilmərəm. Ermənistanın bu barədə açıqlamaları isə səmimi deyil. Biz adekvat cavab olaraq hava sahəsini bağladıq. Lazım olsa, başqa addımlar da ata bilərik”, – nazir bildirib.

M.Çavuşoğlu söyləyib ki, Ermənistan Türkiyəni aldatmağa cəhd etməməlidir.

Qeyd edək ki, aprelin 30-da və mayın 3-də Türkiyə “Flyone Armenia”nın Avropaya uçuşları üçün hava məkanını bağlayıb.

Share: