“Ata yolu” filmi nümayiş olundu

“Ata yolu” filmi nümayiş olundu

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media Şöbəsinin müdiri Rüfət Həsənov, “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynovla yanaşı, ölkənin mədəni-ictimai xadimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev Ulu Öndərin Azərbaycan filminə diqqət və qayğısı barədə söz açıb.

Çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb: “Onunla ilk görüşüm 70-ci illərin mart ayında olmuşdu. O zaman Cavidin “Xəyyam” əsəri yüksək peşəkarlıqla tamaşaya qoyulmuşdu. Növbəti tamaşada isə Ulu Öndər xanımı Zərifə Əliyeva və oğlu İlham Əliyevlə teatra təşrif buyurmuşdu. Bu bizim üçün mükafat idi”.

Daha sonra qonaqlar Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.

Çıxışlar bitdikdən sonra Xalq artisti Vaqif Mustafayevin “Ata yolu” filmi nümayiş olunub.

Share: