Dözümlü xalqıma heykəl qoyulsun – Günün şeiri

Dözümlü xalqıma heykəl qoyulsun – Günün şeiri

Dözümlü xalqıma heykəl qoyulsun – Günün şeiri

Xalq şairi Söhrab Tahir

Bu gün Xalq şairi Söhrab Tahirin anım günüdür. Kulis.az bu münasibətlə onun “Öləndə” adlı şeirini təqdim edir.

Öləndə…

Öləndə kəfənim ikiqat olsun,

Mən həm o tayınam, həm də bu tayın.

Qoy bütün dünyaya belə yayılsın,

Öləndən sonra da birlik harayım.

Öləndə kəfənim ikiqat olsun,

Ruhum o taydadır, qəbrim bu tayda.

Dözümlü xalqıma heykəl qoyulsun,

Ortadan qurumuş bir dəli çayda.

Bir gün xalqım üçün şairləşəndə,

Şair torpağıma quylanacağam.

Vətən birləşəndə,

Xalq birləşəndə,

Mən də öz qəbrimdən boylanacağam.

Share: