Bu yaxınlarda Rusiya müdafiə nazirinin qoşunların maddi-texniki təminat üzrə müavini vəzifəsindən kənarlaşdırılan general-polkovnik Mixail Mizinçev “Vaqner” özəl hərbi şirkətinə qoşulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Readovka” nəşri yayıb.
Məlumata görə, Mizinçev “Vaqner” döyüşçülərinin komandirinin müavini təyin edilib.
Nəşr yazır ki, general-polkovnik “Vaqner” döyüşçülərinin hazırlıq düşərgələrindən birinə baş çəkib.
Qeyd edək ki, aprelin sonu hərbi müxbir Aleksandr Sladkov Mixail Mizinçevin istefaya göndərilməsi barədə məlumat yayıb. Generalın istefa səbəbi açıqlanmayıb.