“Bu gün artıq Türkiyə ixrac və investisiya sahəsində dünyanın hər yerində qərar tapıb”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.
O bildirib ki, ixrac sahəsində Türkiyə hər il rekorda imza atır:
“Hədəfimiz ixracı 1 trilyona çatdırmaqdır. Bunu bacarmaq üçün imkanlarımız var”.
M.Çavuşoğlu deyib ki, əvvəllər vəziyyət belə deyildi:
“Artıq dünyanın hər yerində, o cümlədən Afrikada, Asiyada, Cənubi Amerikada varıq. Bu təşəbbüslərin hər biri iqtisadiyyatımızın daha da güclənməsinə kömək edir. Odur ki, ticarət sahəsindəki maneələri dəf etməliyik”.
Mənbə: Anadolu