Almaniya Bundesliqasının 31-ci turunda “Borussiya” (Dortmund) “Volfsburq”la qarşılaşıb.
Oxu.Az xəbər verir ki, matç dortmundluların darmadağını ilə başa çatıb – 6:0. “Borussiya”nın heyətində Kərim Adeyemi və Cud Bellinqem dubl ediblər, Sebastyan Alle ilə Donyel Malen hərəyə bir dəfə fərqləniblər.
Qələbə sayəsində xallarını 64-ə çatdıran Dortmund klubu ikincidir və lider “Bavariya”dan 1 xal geri qalır.