Serxio Buskets “Barselona”nın La Liqadakı qələbəsindən sonra gələcəyi ilə bağlı açıqlama verəcək.
Məlumata görə, klubda heç kim, o cümlədən Xavi Busketsin hansı qərarı verəcəyini bilmir.
“Barselona” 34 yaşlı yarımmüdafiəçiyə 2024-cü ilin yayına qədər müqavilənin uzadılmasını təklif edib. Lakin onun yeni müqaviləsində maaşı yarıya qədər azalıb. Bildirilir ki, futbolçu “İnter Mayami”dən və Səudiyyə Ərəbistanı klublarından təklif alıb.
Qeyd edilir ki, Busketsin qərarı Lionel Messinin “Barselona”ya mümkün qayıdışından asılı olmayacaq, çünki qərar argentinalının gələcəyi müəyyənləşməmişdən əvvəl veriləcək.
Xatırladaq ki, “Barselona” gələn bazar günü, mayın 14-də “Espanyol” üzərində qələbə qazanacağı təqdirdə növbəti mərhələdə La Liqanın qalibi ola bilər. Komanda titul qazanmaq üçün geridə qalan 5 matçda 2 xal qazanmalıdır.
Mənbə: sports.ru