<!– –>
if (screen.width > 576) {
(() => {
var zoneInfo = {
slot: ‘/22785635315/22890818619’,
size: [600, 338],
zoneId: ‘22889818619’,
};
var adviadAd = document.createElement(‘div’);
adviadAd.setAttribute(“style”, “min-width: 600px; max-height: 338px; text-align:center;”);
adviadAd.setAttribute(“id”, zoneInfo.zoneId);
let script = document.createElement(‘script’);
script.defer = true;
script.src = “https://ssp.adviad.com/v1/get_ads.js?v” + new Date().toJSON().slice(0, 10).replace(/-/g, ‘.’);
document.currentScript.parentElement.appendChild(script);
let findCenter = document.createElement(‘script’);
findCenter.defer = true;
findCenter.src = “https://ssp.adviad.com/v1/findCenter.js?v” + new Date().toJSON().slice(0, 10).replace(/-/g, ‘.’);
document.currentScript.parentElement.appendChild(findCenter);
script.onload = function () {
adviadFetchKeys(zoneInfo)
}
findCenter.onload = function () {
setElement(adviadAd)
}
})()
} else {
(() => {
var zoneInfo = {
slot: ‘/22785635315/22882913269’,
size: [300, 250],
zoneId: ‘22881913269’,
};
var adviadAd = document.createElement(‘div’);
adviadAd.setAttribute(“style”, “min-width: 300px; max-height: 250px; text-align:center;”);
adviadAd.setAttribute(“id”, zoneInfo.zoneId);
let script = document.createElement(‘script’);
script.defer = true;
script.src = “https://ssp.adviad.com/v1/get_ads.js?v” + new Date().toJSON().slice(0, 10).replace(/-/g, ‘.’);
document.currentScript.parentElement.appendChild(script);
let findCenter = document.createElement(‘script’);
findCenter.defer = true;
findCenter.src = “https://ssp.adviad.com/v1/findCenter.js?v” + new Date().toJSON().slice(0, 10).replace(/-/g, ‘.’);
document.currentScript.parentElement.appendChild(findCenter);
script.onload = function () {
adviadFetchKeys(zoneInfo)
}
findCenter.onload = function () {
setElement(adviadAd)
}
})()
}
Bakıda qətl törətməkdə təqsirli bilinən İlqar İsmayılovun cinayət işi üzrə təfərrüat məlum olub.
Ölkə.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü İlqar İsmayılov 1992-ci il təvəllüdlü Cabir Abulova aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralı orada ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlqar İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə dindirilmiş İlqar İsmayılov ifadəsində bildirib ki, əvvəllər ailəli olub. 2017-ci ildə rəsmi qaydada boşandıqdan sonra vaxtaşırı övladları ilə görüşüb. Sabunçu qəsəbəsinin Asif Əsədullayev küçəsində fərdi evdə kirayədə yaşayıb. Bıçağı sentyabrın 12-də alıb. Yadından çıxdığı üçün hadisə günü bıçaq üzərində qalıb.
Ayın 14-də Kürdəxanı qəsəbəsində tanışı Akif və onun iş yoldaşı Elnurla birlikdə 700 qram araq içiblər. Daha sonra taksiyə əyləşərək pivə içmək üçün Maştağaya gediblər. Başqa kafeyə getməyi israrla Akiflə Elnur təklif ediblər. Taksi sürücüsü avtomobili obyektin qarşısında saxlayıb. Akif və Elnur sürücüyə pul verərkən tanımadıqları səkkiz-doqquz nəfər yaxınlaşaraq onları taksidən düşməyə tələsdirməyə başlayıblar. O, “imkan verin, düşək” söyləyərək həmin şəxslərə iradını bildirib. Avtomobildən düşən Elnur onlardan biri ilə mübahisə edib.
İlqar İsmayılov bildirib ki, həmin şəxslərdən qorxub və cibindəki bıçağı çıxararaq özünü müdafiə etmək istəyib. Cabir adlı oğlan ünvanına söyüş söyəndə qarın nahiyəsinə zərbə endirib. Sonra həmin taksiyə əyləşib hadisə yerindən uzaqlaşıblar.
Şahid Elzamin Əsədov ifadə verərək bildirib ki, Cabir Abulov Sabunçu xəstəxanasında mühafizəçi işləyib. Sentyabrın 14-də Maştağa qəsəbəsində fəaliyyət göstərən kafedə Ümid və Cabirlə yeyib-içib. Kafenin sahibi müştərilərə obyekti artıq bağlamaq istədiyini bildirdikdə onlar oradan çıxıblar. Yolun kənarında dayanan taksiyə yaxınlaşıb və pəncərədən boylanaraq maşının boş olub-olmadığını soruşub. Bu zaman salonda ön oturacaqda əyləşən şəxs kobud cavab qaytararaq onun yaxasından tutub və özünə doğru dartaraq əynindəki köynəyini cırıb. Cabir Abulovun bıçaqla vurulduğu anı görməyib.
Şahid Ümid Bayramov bildirib ki, Elzamin taksi saxlamaq üçün onlardan bir qədər irəlidə gedib. Qara rəngli maşına yaxınlaşandan bir dəqiqə sonra onun ön oturacaqda əyləşən sərnişinlə mübahisə etdiyini görüb. Davanın qarşısını almaq üçün Elzaminə tərəf qaçıb. Taksidə arxa oturacaqda əyləşən şəxs avtomobildən düşərək köynəyini çıxarıb, dostunun üzərinə gedib. Bir neçə dəqiqədən sonra qarşı tərəfdən olan şəxslərdən biri qışqıraraq tez maşına əyləşmələrini deyib. Onlar taksiyə oturub həmin yerdən uzaqlaşıblar. Bıçaq xəsarəti alan Cabir Abulovu xəstəxanaya aparıblar. İlqar İsmayılovun Cabirlə dalaşdığını görməyib.
Məhkəmə iclasında İlqar İsmayılov ittiham üzrə özünü təqsirli bilməyərək ona bəraət verilməsini istəyib. Bildirib ki, Cabir Abulovu o yox, Akif Cəbiyev öldürüb. Onun sözlərinə görə, Cabirə zərbə vuranın kim olduğunu hadisə yerində olan şəxslər çox yaxşı bilirlər. Sadəcə, onlara təzyiq göstərildiyindən düzgün ifadə verməyiblər.
Zərərçəkmiş şəxsin hüquqi varisi Şəmsi Abulov təqsirləndirilən şəxsə qanunvericiliklə müəyyən olunmuş qaydada cəza verilməsini xahiş edib.
Məhkəmə hesab edib ki, İlqar İsmayılovun CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilib.
Sonda məhkəmənin hökmü ilə İlqar İsmayılov 18 il müddətinə azadlıqdan məhrum olunub.