Bugünkü Azərbaycan publisistikasının AĞSAÇLISI SABİR BƏY RÜSTƏMXANLI, oxucun kimi, ictimaiyyətin bir nümayəndəsi kimi SƏNdən (“siz” kəlməsində ikiləşmə, qeyri-doğmalıq duyduğumdan hörmətli Sabir bəyə SƏN deyə müraciət edirəm) BU GÜNÜN MANİFESTİNİ YAZMAĞI sosial tələb olaraq istəyirəm. YAZA BİLƏRSƏNMİ!?
VƏ YAZMALISAN DA!!!
SSRİ kimi bir imperiyanın qarşısında diz çökmədin, gəncliyini bugünümüz üçün qurban verdin, Meydan Hərəkatımızdakı ən ağır yükü çiynində daşıdın, opponentlərinin və ictimaiyyətin haqqında söylədikləri “nə oyanlıq, nə də bu yanlıq”dır kimi yanlış yanaşmalarına baxmadan fərdinə yönələn şantajların, təhqirlərin, təqiblərin toplumsal hal almasına baxmayaraq dövlətçiliyimizi və millətçiliyimizi heç nəyə qurban vermədən milli özgürlüyümüzə sahib çıxdın, MÜXALİFƏTÇİ OPPONENTLƏRİNDƏN VƏ BU GÜN HAKİMİYYƏTDƏ, MİLLİ MƏCLİSDƏ TƏMSİL OLUNAN BİR ÇOXLARINDAN FƏRQLİ OLARAQ AZADLIĞIMIZLA BAĞLI MÜSTƏQİLLİK AKTINA İLK İMZA ATANLARdan oldun, harada olmağından, hansı postu tutmağından asılı olmayaraq hər zaman SÖZÜN VƏ QƏLƏMİN KEŞİYİNDƏ dayandın, Haqqın, Həqiqətin naminə nazir postundan İMTİNA etdin, Haqqın, Həqiqətin naminə ən ali ordeni Heydər Əliyev kimi Siyasət Dühasının əlindən almaqdan İMTİNA etdin, saysız-hesabsız məqalələrinlə, romanlarınla müstəqilliyimizi qazanandan ta bu günədək olan tariximizə heykəl yapdın, TARİXİ YARADANLARDAN OLDUN, milli-mənəvi dəyərlərimizə öz varlığın qədər dəyər verdin, saymaqla bitməyən müsbət keyfiyyətlərin daşıyıcısı oldun və nə çikarədirsə bütün bunların qarşılığında şəbəkə mətbuatının formalaşdırdığı antitəbliğat nəticəsində cəmiyyətin Sənə olan münasibətində bir haçalanma formalaşdı, bir qisim tərəfindən qəbul olunmadın və bu gün də qəbul olunmursan. Öz siyasi çəkin bütün müxalifət partiyalarının çəkisindən artıq olsa da, bunu duymayıb da rəhmətlik Elçibəyin Azərbaycan siyasətinə yamaq etdiyi və sonradan elə bu YURDdakı hakimiyyətin ağıllı uşağı kimi davrananlara önəm verənlər ətrafı sardı. Bu gün də o haçalanma davam etməkdədir. Bu konuda Səninlə danışmaq, Sənin yol göstərəcək fikirlərini, nəsihətlərini xalqa çatdırmaq, gələcəyə ərməğan etmək üçün ETDİYİMİZ ÇABALAR ƏTRAFINIZDAKILAR TƏRƏFİNDƏN ƏNGƏLLƏNDİ. Amma və lakin….SƏN YENƏ DƏ BİZİMSƏN. (onsuz da kitabların hər zaman üçün SƏNİN KİMLİYİNƏ TUTULAN GÜZGÜDÜR)
Ətrafımızda Hürüşən İtləri görmürsənmi!?
Avropanın “AZƏRBAYCANLI” OLAN XINALI QUZULARINI görmürsınmi!?
Azərbaycan COĞRAFİYASINDAKI POLİQRAFLARI görmürsənmi!?
Yetmədimi Azərbaycanı Preobrayenskilərin əliylə təcrübə meydanına çevirmək!?
Yetmədimi Azərbaycan İnsanına laboraratoriya sakini kimi baxmaq!?
Yetmədimi “qara durna taleyi” yaşamağımız!?
Yetmədimi ziyalı təbəqəsinin etibarlı limana çəkilmək həvəsi!?
Yetmədimi Sənə “dost” deyənlərin başqalarının qənşərində tost deyib Sənə, Mənə, Ona, Bizə, Sizə, Onlara quyu qazmaq iştəhası!?
Yetmədimi özünə ziyalı deyənlərin bir canını götürərək xaricə qaçıb oradan Azərbaycan ünvanına, şairimin, yazıçımın, digər səlahiyyət sahiblərinin, onların ailələrinin ünvanına hədyanlar yağdırmağı!?
Sənə atılan daşları niyə Sənin dost dediklərin susqunluqla qarşıladı!? Fərqinə vardınmı bunların, hörmətli Sabir bəy Rüstəmxanlı!?
Nədən belə adamların ifşa olunmasında, onların düz yola qaytarılmasında çabalar göstərmirsən, hörmətli Sabir Rüstəmxanlı!?….
GEDƏN GEDİB, QAÇAN QAÇIB, SUSAN DA SUSUB………MEYDANDA TƏK QALMISAN ÖZ SİLAHDAŞLARINLA. SƏN BU GÜNÜN PUBLİSİSTİKASINDA XİLASKARIMIZ OLAN AZƏRBAYCAN ƏSGƏRİMİZSƏN! DÖYÜŞ MEYDANI SƏNİ GÖZLƏYİR!!!
Özünə və Sözünə, Qələminə hörmət bəslədiyim RAFAEL BECANOVUN yazılarından birində belə bir ifadəyə rast gəldim: “Azərbaycan Azadlıq Ordusu”…Tüklərim ürpəşdi, mənim də gözlərimin qarşısına bir xarabalıqda ulayan bayquşlar gəldi və dərhal Sənin kimi Fikir Adamının Sözünə böyük ehtiyacın olmasını duydum….
İndiki durumda Sənin kimi zyalının SÖZÜnə böyük ehtiyac var.
Sözün çəkisini bilməyənlər deyilən sözlərdə də sözü deyənin kimliyinə diqqət edirlər. Eyni sözü Sabir Rüstəmxanlı ilə hansısa bir jurnalist desə də, BÖYÜK SÖZÜ qəbul edilir. Və buna da min şükür ki, dəyərlərimiz tam ölməyib.
Sən Sabir Rüstəmxanlı Azərbaycan Publisistikasının Böyüklərindənsən, elə ona görə də yazmalısan!
YAZ SABİR RÜSTƏMXANLI, YAZ!!!
YAZ BU GÜNÜN MANİFESTİNİ, yaz, SABİR RÜSTƏMXANLI, yaz!!!!
Yox yaza bilmirsənsə və yazmayacaqsansa, Sən də Anar kimi, Nəriman Həsənzadə kimi, Musa Yaqub kimi, Məmməd İsmayıl kimi, Ramiz Rövşən kimi, Rüstəm Behrudi kimi, Aqil Abbas kimi, saymaqla bitməyən “rəhmətliklər” kimi ÖLÜLƏR ŞƏHƏRİNİN SAKİNLƏRİNDƏN BİRİNƏ ÇEVRİLƏCƏKSƏN!!!……
VƏ SABİR BƏY, GÖRƏN ÖLÜLƏR BİLİRMİ Kİ, DİRİLƏR NECƏ DƏ ONLARI VƏ NECƏ YAD EDİRLƏR!
P.S: Sabir Rüstəmxanlıuya olan sayğım üçün Ona bu səpkidə müraciət etdim!
İgid TEYMURLA