Bu gün “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, 67-cisi keçirilən yarışma Liverpulda olacaq.
Bu gün 15 ölkə səhnəyə çıxacaq. Onlar arasında Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşları da yer alacaq. Əkizlər 12-ci nömrə altında səhnəyə çıxacaqlar.
Axşam səhnəyə çıxacaq digər ölkələr isə Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland və Finlandiyadır.
Səsvermə mayın 9-da canlı konsert zamanı açıq olacaq.
Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilən müsabiqənin növbəti yarımfinal 11 mayda, final isə mayın 13-də keçiriləcək. Azərbaycanı Tural və Turan Bağmanov qardaşları “Tell me more” mahnısı ilə təmsil edəcək.
***
“Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalına start verilib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov əkizləri 12-ci nömrə ilə səhnəyə çıxacaqlar.
***
“Avroviziya” mahnı müsabiqəsində təmsilçilərimiz Tural və Turan Bağmanov qardaşları artıq çıxış ediblər.
“Qafqazinfo” xəbər verir ki, onlar 12-ci nömrə ilə “Tell Me More” mahnısını ifa ediblər.
***
Yarışmada “Tell me more” mahnısını ifa edən təmsilçilərimiz Turan və Tural Bağmanovlar finala çıxa bilməyiblər.