Almaniyanın şərqində avtobusla yük maşını toqquşub.
Qəza Polşa-Almaniya sərhədinə doğru gedən A12 avtobanının Strokov qəsəbəsi ərazisində baş verib.
Avtobusun alman şirkətində çalışan Polşa vətəndaşlarını daşıdığı bildirilib.
Məlumata görə, qəza nəticəsində 52 nəfər xəsarət alıb. Hüquq-mühafizə orqanları zərərçəkənlərdən 10 nəfərinin vəziyyətinin ağır, birinin vəziyyətinin isə xüsusilə ağır olduğunu qeyd edib.
Hadisə yerinə 95 təcili yardım işçisi cəlb olunub. Avtobus sərnişinləri helikopterlə yaxınlıqdakı xəstəxanalara aparılıb.
Magistral yol bir müddət avtomobillərin hərəkəti üçün bağlanıb.
Mənbə: govoritmoskva.ru