Rusiya üzərində Xüsusi Tribunalın yaradılmasını 37 ölkə dəstəkləyir

Rusiya üzərində Xüsusi Tribunalın yaradılmasını 37 ölkə dəstəkləyir

Ukraynaya qarşı təcavüz cinayətinə dair Rusiya üzərində Xüsusi Tribunalın yaradılması artıq 37 ölkə tərəfindən dəstəklənib.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba öz “Twitter” səhifəsində yazıb.

“Bu gün Volodimir Zelenski Ukrayna Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Xüsusi Tribunalın əsas qrupunun mühüm sammitini keçirib. 37 iştirakçı Rusiyanın ali rəhbərliyini Ukraynaya qarşı təcavüz cinayətinə görə məsuliyyətə cəlb etmək əzmində olduqlarını bir daha təsdiq ediblər. Xüsusi Tribunal ədaləti təmin edəcək”, – Kuleba yazıb.

 


Share: