Mayın 17-si saat 18:00-da “Landmark Rotunda” zalında “Mariupolis 2” filmi nümayiş olunacaq.
Kulis.az xəbər verir ki, tədbir Litva və Ukraynanın Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə keçiriləcək.
“Mariupolis 2” Ukraynada həlak olmuş Litva rejissoru Mantas Kvedaraviçyusun filmidir. Avropa Kino Akademiyası tərəfindən 2022-ci ilin ən yaxşı sənədli filmi adına, 75-ci Kann kinofestivalında isə münsiflər heyətinin “Qızıl göz” xüsusi mükafatına layiq görülüb.
Xatırladaq ki, “Mariupolis 2” Mariupol sakinlərinin müharibə şəraitində yaşayışından bəhs edən sənədli filmdir.