PSJ futbolçusu Neymar üçün yeni klub axtarmağa başlayıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, hücumçuya “Çelsi” və “Nyukasl”dan maraq göstərilib.
Lakin bu klublar Neymar üçün müracət etməyiblər. Ona görə klub axtarışları davam etdirir.
Qeyd edək ki, Neymar topuq əməliyyatından sonra (fevral ayından) meydana çıxmayıb.