İsveçli aktyor Dolf Lundqren ilk dəfə səkkiz ildir xərçənglə mübarizə apardığını açıqlayıb.
Kulis.az xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.
Həkimlər sənətçidə ilk dəfə 2015-ci ildə böyrək nahiyəsində şiş aşkar ediblər.
“2020-ci ildə İsveçə qayıtdım və MRT-dən keçdim. Həkimlər bu sahədə daha bir neçə şişin olduğunu müəyyən etdilər”, – deyə aktyor açıqlamasında bildirib.
Aktyorda 2021-ci ilin payızında “Aquaman” və “The Expendables” filmlərinin davamını çəkmək üçün Londona gələndə onda daha bir neçə şiş aşkar edilib.
İkinci həkim onun müalicə edərkən şişlərinin təxminən 20-30% azaldığını müşahidə edib.