Rusiya quqlu 3 milyon cərimələdi

Rusiya quqlu 3 milyon cərimələdi

Rusiya Quql platformasını məhkəməyə verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin (Roskomnadzor) quqla qarşı qaldırdığı iddiaya paytaxt Moskvada keçirilən məhkəmədə baxılıb.

Məhkəmə quqlu LGBT təbliğatını ehtiva edən yutub videolarını silmədiyinə görə 3 milyon rubl cərimələyib.

Qeyd edək ki, ququl daha əvvəl 2021-ci ildə oxşar səbəblərə görə 7,2 milyon rubl cərimələnmişdi.


Share: