UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.
Oxu.Az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə keçirilib.
“Yuventus” İspaniya təmsilçisi “Sevilya”nı qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib. Hesabı 26-cı dəqiqədə qonaqların heyətində Yussef En-Nesiri açıb. Ancaq 90+7-ci dəqiqədə Federiko Qatti “Yuventus”u məğlubiyyətdən xilas edib.
Digər qarşılaşmada “Roma” Almaniyanın “Bayer” (Leverkuzen) klubunu qəbul edib. Bu oyunda italyanlar seviniblər. 63-cü dəqiqədə Edoardo Bovenin vurduğu qol “Roma”ya qələbə qazandırıb.
Komandalar arasında cavab oyunları mayın 18-də keçiriləcək.