Astara rayonunda intihar hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən gün rayonun Həsin kəndi ərazisində yerləşən qəbiristanlıqda qeydə alınıb.
1960-cı il təvəllüdlü Asxanakəran kənd sakini İsbət Əliyev oğlunun məzarı başında həyatına son qoyub. Belə ki, ata oğlu Əfqan Əliyevin qəbrinin yanındakı ağacdan özünü asıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Əfqan Əliyev ötən il Lənkəranda baş vermiş ağır yol qəzası nəticəsində vəfat edib.
Nizam Rza