Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Romaya səfər edəcək.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, buna görə Roma rəhbərliyi təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib.
Bildirilib ki, səfər zamanı Romanın hava məkanı bağlanacaq.
Xatırladaq ki, V.Zelenskinin mayın 13-də İtaliyaya səfər edəcəyi gözlənilir.