Rusiya Milli Televiziya və Radio Yayımları Assosiasiyasının prezidenti Eduard Saqalayev vəfat edib.
Kulis.az TACC-a istinadən xəbər verir ki, bu barədə Rusiya İctimai Televiziyasının baş direktoru Vitali İqnotenko bildirib.
Qeyd edək ki, Saqalayev 3 oktyabr 1946-cı ildə Səmərqənddə (Özbəkistan) anadan olub. Rusiya Federasiyasının əməkdar jurnalisti, ədəbiyyat, incəsənət və memarlıq üzrə SSRİ Dövlət mükafatı laureatı. 1973-cü ildən Moskvada işləyir. 1980-ci illərdə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin gənclər üçün verilişlər baş redaksiyasının rəhbəri olub, “Vzqlyad”, “12-ci mərtəbə”, “Sülh və gənclik” və s. televiziya proqramlarının yayımına töhfə verib.
Xatırladaq ki, Saqalayev Milli Televiziya və Radio Yayımları Assosiasiyasının yaradılmasının təşəbbüskarı və 1995-ci ildən onun prezidenti idi.