“Qarabağ” ÇL oyunlarını 5 800 nəfərlik stadionda keçirəcək: Azarkeşlər narazıdırlar

“Qarabağ” ÇL oyunlarını 5 800 nəfərlik stadionda keçirəcək: Azarkeşlər narazıdırlar

Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsindəki ev oyununu “Azersun Arena”da keçirəcək.

Oxu.Az xəbər verir ki, komandanın avrokuboklarda rəqiblərini qəbul etdiyi Tofiq Bəhramov adına Respublika Stadionu təmirə bağlanacaq. Arenanın meydançasının ot örtüyü dəyişdiriləcək və bəzi yenidənqurma işləri aparılacaq.

Bu səbəbdən Ağdam klubu ölkədaxili yarışlarda ev oyunlarını keçirdiyi “Azersun Arena”ya üz tutub. Komanda I təsnifat mərhələsini keçəcəyi təqdirdə, növbəti raundda da rəqibi ilə orada qarşılaşacaq.

“Azersun Arena” ilk dəfə beynəlxalq matça ev sahibliyi edəcək. Stadion 5 800 azarkeş tutumuna sahibdir. Bu isə Ağdam klubunun fanatlarının narazılığına səbəb olub. Onlar sosial şəbəkələrdə oyunu canlı izləyə bilməyəcəklərinə görə narahatdırlar.

Faiq Tahirov

Share: