“Rusiya kimyəvi silahdan istifadə edə bilər”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.
O qeyd edib ki, bu, Ukraynanın əks-hücum əməliyyatı uğurlu olarsa və Kiyev öz ərazilərini geri ala bilərsə, baş verəcək.
“Biz Rusiya hərbçilərinin və Putinin davranışlarına həmişə ayıq olmalıyıq”, – deyə Uolles vurğulayıb.