Jozep Borrel Ceyhun Bayramovla görüşü ilə bağlı paylaşım edib

Jozep Borrel Ceyhun Bayramovla görüşü ilə bağlı paylaşım edib

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü ilə bağlı paylaşım edib.

O bildirib ki, Aİ Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik istiqamətində fəaliyyətini davam etdirir.

“Görüş zamanı müzakirələrdə Aİ Şurasının Prezidentinin vasitəçiliyi ilə üçtərəfli müzakirələrin yenidən başlanması müsbət qarşılandı. Biz həmçinin Aİ-Azərbaycan münasibətlərinə dair fikir mübadiləsi apardıq”, – deyə Borrel “Twitter” hesabında qeyd edib.

 


Share: