Mayın 17-də Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Laçın-Xankəndi yolu ilə tibb müəssisələri üçün dərman və digər tibbi ləvazimatların çatdırılmasını bərpa edib.
Bunu APA-nın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O bildirib ki, Laçın-Xankəndi yolu ilə digər əməliyyatların da bərpası ilə bağlı müzakirələr davam edir.
11:48
“Laçın yolu ilə humanitar fəaliyyətin dayandırılması Beynəlxalq Qırmızı Xaç Komitəsinin öz qərarıdır”.
Bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni danışıb.
Onun sözlərinə görə, problem müəyyən prosedurların aydınlaşdırılmasındadır.
“Biz özümüz bu fəaliyyətləri dayandırmışıq. Hazırda fəaliyyətimizin bərpası üçün nüansları aydınlaşdırmaq məqsədi ilə qərar qəbul edən tərəflərlə dialoq aparılır”, – deyə o bildirib.
Mənbə: “Sputnik” Ermənistan