“İndi vəziyyət sabitləşib. Biz Azərbaycan və Ermənistanı vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırırıq”
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
O bildirib ki, Rusiya bütün mübahisəli məsələlərin həllinin siyasi və diplomatik sferada baş verməli olduğunu hesab edir. Moskva buna hər cür töhfə vermək niyyətindədir.