İngiltərə yığmasının hücumçusu futboldan kənarlaşdırıldı

İngiltərə yığmasının hücumçusu futboldan kənarlaşdırıldı

İngiltərə seçməsinin və “Brentford” klubunun hücumçusu Ayvan Toni futboldan kənarlaşdırılıb.

27 yaşlı forvard idman oyunlarına mərc etdiyi üçün 8 ay müddətinə diskvalifikasiya olunub. Təcrübəli futbolçu, həmçinin, 50 000 funt sterlinq məbləğində cərimələnib.

Məlumata görə, Toni 2017-ci ilin fevralından 2021-ci ilin yanvarınadək ümumilikdə 232 qayda pozuntusuna yol verib. Onun siskvalifikasiya müddəti 2024-cü il yanvarın 16-da başa çatacaq. Bildirilib k i, klub və oyunçu qərardan apellyasiya şikayəti vermək hüququna malikdir.

Qeyd edək ki, Ayvan Toni bu mövsüm “Brentford”un heyətində 35 oyun keçirib, 21 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Share: