Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanması ilə bağlı ölən hərbçinin anası saxlanılıb.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermınistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, oğurluq maddəsi ilə iş açılıb, qadın saxlanılıb.
Qeyd edək ki, Paşinyanın oğlu küçədə 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri ilə rastlaşıb. Onlar Aşotu maşına əyləşməyə dəvət edib. Aşot bunu qəbul etmədikdə onu öldürüb qəbristanlığa aparacaqlarını deyiblər.