Məşhur Hollivud aktyorunun oğlu narkotik maddəyə görə həbs olundu…

Hollivud aktyoru Şon Penin oğlu həbs olunub.

Müstəqil.az xəbər verir ki, məşhur aktyorun oğlu, 24 yaşlı Hopper Penin narkotik maddələrdən istifadə etdiyi üçün saxlanılıb. Narkotik maddə istifadəçisi olan H.Pen Nebraska ştatında qanunsuz yollarla narkotik maddə satmaq iddiası ilə saxlanılıb.

Yol polisi tərəfindən saxlanılan H.Penin şəxsi avtomobilinə baxış keçirilən zaman, içərisində 14 qram marixuana, 4 tabletka amfetamin və 3 qram digər narkotik vasitələrin olduğu paket tapılıb.

Xatırladaq ki, ABŞ-da tabletka şəklində olan amfetamin narkotik vasitənin saxlanılması, alqı-satqısı cinayət hesab olunur.

Share: