ABŞ-nin Havay adalarında aqressiv köpəkbalığı yerli balıqçının qayığına hücum edib.
Havay sakini əvvəlcə suyun altındakı qara nöqtənin dəniz tısbağası olduğunu düşünüb.
Lakin çox keçmədən kişinin “ürəyi yerindən çıxıb”. Belə ki, əsl pələng köpəkbalığı qayığa doğru atılıb.
Hücum zamanı yırtıcı qayığı aşırmağa çalışsa da, xoşbəxtlikdən tez zamanda bu “ov”un onun “dişlərinə görə olmadığını” anlayıb.
Mənbə: “Lenta dnya” “Telegram”