Bir neçə gündür “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsdən qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs edilən Fədayə Laçın haqqında söz-söhbətlər səngimək bilmir. Əksər insanlar onu qınasa da, bir çoxları müğənniyə haqq qazandırırlar. Median.Az Milli.Az-a istinadla xəbər verir ki, Fədayə Laçın öz oğlu ilə yanaşı, bir uşağa da analıq edib. Anasını erkən yaşda itirən həmin oğlan Fədayə Laçının oğlu Əlhəmin uşaqlıq dostu olub. Müğənni müsahibələrində bu haqda danışmağı xoşlamasa da, bir neçə ay öncə Milli.Az-a bu haqda məlumat verib: “Bəli, Əlhəmin dostudur, mənim də balamdır. Əslində, bunları danışmağı xoşlamıram. O oğlumu evləndirmişəm, bu günlərdə nənə olacağam. Məndən ayrı yaşasa da, bir əli üstümdədir. Bilir ki, mən yemək yeməmişəm, gətirib yeməyi qoyur yanıma ki, durub yeyim. Uşaqlığından mənim himayəmdə böyüyüb. Onu heç vaxt oğlumdan ayırmamışam”. Qeyd edək ki, müğənninin oğlu Əlhəm qəzəlxandır.

Источник контента: http://median.az/index.php?newsid=56267&lang=Az&utm_source=adsgarden.com&utm_medium=referral&utm_campaign=651&utm_term=Adsgarden-Banner-651&utm_content=Adsgarden-Banner-651&gclid=322-651-68f58a7c1184181b5c5a753dceb3c5b1
www.Median.Az Новости Азербайджана и мира

Share: