ABŞ Ermənistanın bir neçə şirkətinə sanksiya tətbiq edib

ABŞ Ermənistanın bir neçə şirkətinə sanksiya tətbiq edib

ABŞ Ermənistanın “Medisar” müəssisəsinə və bu ölkədə qeydiyyatdan keçmiş daha bir neçə şirkətə sanksiya tətbiq edib.

Sənəd ABŞ-nin federal reyestrində dərc edilib və mayın 23-də qüvvəyə minəcək.

ABŞ Ticarət Nazirliyi Ermənistanın sənaye və laboratoriya kimyası idxalı ilə məşğul olan “Medisar” şirkəti də daxil olmaqla, 71 müəssisəyə qarşı ixrac məhdudiyyəti tətbiq edib.

Məlumata görə, Ermənistanda qeydiyyatdan keçmiş bir neçə şirkət, o cümlədən “Tako MMC” (digər adı Rusiyanın “Radioavtomatika” MMC-nin tərəfdaşı olan “Taco” MMC) və “Milur Electronics MMC” (mikrosxem istehsal edən “Milandr”ın Ermənistan filialı) ABŞ-nin Rusiya əleyhinə sanksiyaları ilə üzləşib.

Digər şirkətlər Rusiyanın ölkənin hərbi-müdafiə kompleksinə dəstək verən 69 müəssisəsi və Qırğızıstanın “Tro.Ya” elektron avadanlıq və komponentlərin tədarükünü icra edən şirkətidir.

Qeyd edilir ki, Ermənistan şirkətlərinin siyahıya salınmasına səbəb onların məhsullarının son alıcısının kim olmasının yoxlanılması prosesinə maneə törətmələri olub.

Xatırladaq ki, Ermənistanın bir sıra şirkətləri Rusiyanın ABŞ-nin sankiyaya məruz qalmış müəssisələri ilə sıx əlaqədədir.

Share: