Goranboy-Tərtər avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qafqazinfo”nun məlumatına görə, avtomobil 64 yaşlı piyada Qasımov Şahin Məhəmməd oğlunu vuraraq öldürüb.
O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev